"Meydan TV" və "Sancaq" bağlansın

Siyasət / Manşet

665

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkilli Məlahət İbrahimqızı internet üzərindən yayımlanan bir sıra televiziyaların fəaliyyəti ilə bağlı sərt çıxış edib.

VOİCEPRESS.Az bildirir ki, deputat bildirib ki, "Meydan TV", "Sancaq" sosial səhifəsində dövlət rəhbərinə qarşı cəfəng yazılar yazılır:

"Adam bu cür yazılanları utandığından oxumaq belə istəmir. Bizi kimsə mətbuatda tənqid etsə, az qalırıq məhkəmələrə müraciət edək. Mən o yazıların hamısını "screen shot" etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələlərlə bağlı boşluq var. Payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınmasını təklif edirəm. Dünyanın heç bir yerində internet üzərindən dövlət başçısını belə təhqir etmirlər".


VOİCEPRESS.AZ

Ранее » "O, heç bilmir ki, atası kimdir" - Spiker« Далее İki deputat parlamentə əsa ilə gəldi - Ayaqları sınıb