Azərbaycanın yeni snayper tüfəngi

Siyasət / Manşet

2 711

Azərbaycanın yeni snayper tüfəngi
Müdafiə Sənayesi Nazirliyi "ADEX 2016" Beynəlxalq Müdafiə Sərgisində yeni snayper tüfəngini nümayiş etdirib.

VOİCEPRESS.Az bildirir ki, nümayiş etdirilən iri çaplı NST - 14,5 mm snayper tüfənginin çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi məhv etmə məsafəsi 1600 m-dir.

Yeni NST snayper tüfəngi yığılan qundağa malikdir, qundaqla birlikdə uzunluğu 1,9 m, qundaq yığılanda isə uzunluğu 1,6 m-dir. Darağı 5 güllə tutumuna malik olan snayper tək atışlı sistemə malikdir. Həmçinin yeni snayper tüfənginin optik nişangahı yerli məhsuldur.

MSN-in müəssisəsində yeni hazırlanan NST snayper tüfəngi daha da təkmilləşdiriləcək.


VOİCEPRESS.AZ

Ранее » İsrailin hərbi şirkəti Azərbaycanın müdafiəsini gücləndirir« Далее Qardaşından şeyxin dini televiziya yaratmaq təklifinə münasibət