• 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 
  • 10:20 – Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Rusiyanın işğalçı Ermənistanı silahlandırması təəssüf doğurur

Rusiyanın işğalçı Ermənistanı təmənnasız olaraq silahlandırması onun Minsk qrupunun həmsədri missiyasını kölgə altında qoyur.

VOİCEPRESS.Az bildirir ki, bunu trend-ə Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O qeyd edib ki, Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada keçirilən görüşündə Ermənistan prezidentinə işğal edilmiş Azərbaycan torpaqlarını tərk etməsi ilə bağlı təklif edilmişdi: "Lakin Ermənistan tərəfi bu təklifləri rədd etdi. Ermənistanın bu təklifləri rədd etdiyi halda Rusiyanın Ermənistana əvəzsiz olaraq silahlar verməsi Rusiyanın Dağlıq Qarabağ münaqişəsində bir vasitəçi kimi missiyasını şübhə altına qoyur. Necə olur ki, bir tərəfdən işğalçıdan torpaqların boşaldılmasını tələb edir, digər tərəfdən onu silahlandırır?! Ancaq Azərbaycanın əlində Ermənistana verilən silahları zərərsizləşdirmək üçün yetərincə hərbi-texniki vasitələri var, sadəcə, Rusiyanın bu addımı təəccüb və təəssüf doğurur".

S.Alıyev əlavə edib ki, Azərbaycan Rusiya ilə münasibətlərin həmişə strateji xarakter daşıdığını bəyan edir, ticari-iqtisadi, siyasi əlaqələrin daha da möhkəmlənməsində maraqlı tərəf kimi çıxış edir: "Rusiyaya qarşı Qərb tərəfindən sərt sanksiyalar tətbiq edildiyi dövrdə belə Azərbaycan xoş qonşuluq, ənənəvi tərəfdaşlıq münasibətlərini pozmayıb və sanksiyaları pisləyib. Ancaq bu gün Rusiyanın Azərbaycan ərazilərini işğal edən Ermənistanı silahlandırması təəssüf doğurmaya bilməz".


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter