"Azərbaycanlılar və ermənilər bir araya gələrək bütün narazılıqları həll etməlidirlər"

Siyasət / Manşet

652

"Mən arzu edirəm ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun".

VOİCEPRESS.Az xəbər verir ki, bu sözləri İsrailə səfər edən azərbaycanlı jurnalistlərə açıqlamasında İsrail Fəhlə ("Avoda") Partiyasının baş katibi, Knessetin (parlament) sədr müavini Hilik Bar deyib. O bildirib ki, İsrail də münaqişə tərəfidir və indiyə kimi Misir və İordaniya ilə arasında olan münaqişəni həll etməyə nail olub: "Arzu edirəm ki, azərbaycanlılar və ermənilər bir araya gəlmək üçün iradə tapsınlar və bütün narazılıqları həll etsinlər. Nəticədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olsunlar".

H. Bar erməni tərəfinin uydurma "erməni soyqırımı"nı Holokostla müqayisə etmək cəhdləri ilə bağlı suala belə cavab verib: "Holokostdan xilas olmuş şəxsin nəvəsi və bu faciəni yaşamış xalqın nümayəndəsi kimi deyə bilərəm ki, heç nə Holokostla müqayisə edilə və eyniləşdirilə bilməz. Bu, o demək deyil ki, dünyanın başqa yerlərində qırğınlar olmur. Suriyada insanlar hər gün öldürülür, lakin bu, Holokostla müqayisə edilə bilməz. Təəssüf ki, yəhudi xalqının başına ən dəhşətli, pis və fərqli faciə gəlib. İsrail dövləti bu gün ona görə var ki, bu hadisə bir daha baş verməsin".


VOİCEPRESS.AZ

Ранее » Vyetnam prezidentindən Azərbaycanla bağlı çağırış« Далее "Ermənilərin heç bir təhdidi mənim mövqeyimi dəyişə bilməz...
Flag Counter