Venesiya Komissiyasının tələsik rəy hazırlaması siyasi sifariş yerinə yetirdiyini göstərir

Siyasət / Manşet

696

Venesiya Komissiyasının tələsik rəy hazırlaması siyasi sifariş yerinə yetirdiyini göstərir
"Venesiya Komissiyasının AŞPA prezidentinin müraciəti əsasında Azərbaycanda keçiriləcək referendumla bağlı iki həftə ərzində tələsik bir rəy hazırlaması onun siyasi sifariş yerinə yetirdiyini göstərir".

VOİCEPRESS.Az bildirir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Venesiya Komissiyasının sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı qərəzli rəyinə münasibət bildirərkən deyib.

A.Mirzəzadə bildirib ki, Avropa Şurasına və digər beynəlxaq təşkilatlara üzv olsa da Azərbaycan müstəqil bir dövlətdir: "Azərbaycan daxili və xarici siyasətini, o cümlədən öz hüquqi mövqeyini tərəfdar çıxdığı beynəlxaq konvensiyaların ruhuna uyğun olaraq ozü müəyyən edir".

Deputat qeyd edib ki, Venesiya Komissiyasının referendumla bağlı rəyi tamamilə qərəzlidir: "Konstitusiyamızda 158-ci maddə olduğu halda, Venesiya Komissiyasının Konstitusiyanın 159-cu maddəsinə istinad etməsi onların bu məsələyə barmaqarası baxdıqları və nə olursa-olsun referendumla bağlı mənfi bir mövqe bildirmək cəhdi hiss edilir. Birincisi, vitse-pirezidentlik institutu ilə bağlı rəydə bildirilir ki, o seckili deyil. Hansı ki, dünyanın heç bir yerində vitse-prezidentlik institutu seçkili olmur. Azərbaycanda vitse-prezidentlik institutu prezidentə əlavə səlahiyyətlər vermir, Nazirlər Kabinetinin səlahiyyətlərinin bir hissəsini vitse-prezidentlərə verməklə idarəçilik mexanizmini təkmilləşdirir və Azərbaycan dövləti qarşısında duran problemləri tezliklə həll edə bilir".

A.Mirzəzadə deyib ki, parlamentin buraxılması ilə bağlı Konstitusiyaya təklif edilən dəyişikliyə Venesiya Komissiyasının irad bildirməsi heç bir çərçivəyə sığmır: "Çünki burada prezidentə ancaq konkret hallarda parlamenti buraxmaq səlahiyyəti verilir. O da o hallarda ki, "pat vəziyyəti" yaranır və vəziyyətdən çıxış yolu kimi parlament seçkilərinin keçirilməsi göstərilir. Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ABŞ və Avropa ölkələrinin konstitusiyasına edilən dəyişiklərdən daha demokratik mexanizmə malikdir. Belə ki, onlarda konstitusiyaya dəyişikliklər parlament vasitəsi ilə edilir. Yəni hər hansı bir partiya səs çoxluğu qazanarsa, konstitusiyaya dəyişiklik edə bilir. Azərbaycanda isə konstitusiyaya dəyişiklik ancaq və ancaq referendum vasitəsilə mümkün olur və cəmiyyətin rəyinin öyrənilməsinin daha prioritet olduğu bildirilir. Digər tərəfdən, Venesiya Komissiyası nədənsə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı məsələlərin indiki referendumda geniş əks olunmasını nəzərdən qaçırır. Hansı ki, referendumun əsas məqsədi bir tərəfdən dövlətçiliyi möhkəmləndirməkdirsə, digər tərəfdən vətəndaşların hüquq və azadlıqlarını daha təminatlı, etibarlı etməkdir. Ancaq bu məsələlərə rəy bildirməməklə Venesiya Komissiyası Azərbaycan dövlətinin öz vətəndaşının hüququna hörmətlə yanaşdığı faktorunu kölgə altına salmış olur. Konstitusiyaya edilən dəyişikliklər Azərbaycanın milli maraqlarına, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların mahiyyətinə cavab verir".


VOİCEPRESS.AZ

Ранее » Ermənistanın Rusiya istehsalı olan "İsgəndər" raketlərinə ma...« Далее Vyetnam prezidentindən Azərbaycanla bağlı çağırış