• 22:31 – Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək 20:44 – İstanbulda 4 mərtəbəli bina uçdu 20:09 – Qafqaz almanlarının nəvə və nəticələri Göygöldə - FOTO 19:45 – Gömrükçülər üçün təlimə start verildi 17:33 – Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi - FOTO 
  • 14:45 – Moskvada Qarabağ danışıqları yekunlaşdı - YENİLƏNİB 
  • 11:05 – İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ 
  • 17:18 – Qazaxda yol tikintisinə 6,8 milyon manat ayrıldı 

Mətbuat Şurası: Milli Şuranın aksiyasını işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb

Mətbuat Şurası Milli Şuranın sentyabr ayının 17-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Şuradan VOİCEPRESS.Az-a verilən məlumata görə, aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb. Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib. Eyni zamanda mitinq müddətində Mətbuat Şurasında "qaynar xətt" rejimində fəaliyyət gösətərən 012 441 25 96 və 441 35 30 telefon nömrələrinə də jurnalistlərdən müraciət daxil olmayıb.

Monitorinq prosesində iştirak edən Mətbuat Şarasının icraçı katibi Rəhim Hüseynzadənin bildirdiyinə görə, aksiyanı işıqlandıran jurnalistlərin çox az qismi üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olublar.

Qeyd edək ki, Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə jurnalistlər üçün nəzərdə tutulmuş gödəkçələrin hazırlanmasına başlayıb. Tezliklə həmin gödəkçələrin müəyyən hissəsi KİV redaksiyalarına paylanacaq.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter