"Bu gün Milli Şuranın növbəti biabırçı mitinqinin şahidi olduq."

Siyasət / Manşet

1 301

Bu gün Milli Şuranın növbəti biabırçı, qeyri-qanuni mitinqinin şahidi olduq.

VOİCEPRESS.Az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruz qeyd edib ki, bu mitinq əslində qeyri-qanuni idi: "Çünki Seçki Məcəlləsinin tələbləri pozulmuşdu. Çıxış edən mitinq təşkilatçıları həm Seçki Məcəlləsini, həm də "Sərbəst toplaşmaq haqqında" qanunu pozmuşdular. Qanunda qeyd edilir ki, dini, milli, irqi ayrı-seçkiliyə yol vermək olmaz və şəxsiyyəti təhqir etmək olmaz. Lakin mitinqdə bu cür çağırışlar oldu və hesab edirəm ki, belə şeylərin qarşısı alınmalıdır".

O vurğulayıb ki, mitinqə əqidəsi, cəmiyyətdə mövqeyi olmayan insanlar toplaşmışdı: "Şüarların birində yazılmışdı ki, "Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamalıyıq", digər tərəfdə isə "Allahu Əkbər" qışqırırdılar. Yəni bunlar üçün insanın əqidəsi, hansı düşüncəyə sahib olması vacib deyil, əsas odur ki, mitinqə daha çox insan toplaşsın".

Millət vəkili bildirib ki, mitinqdəki çıxışların hamısı yalan, iftira üzərində qurulmuşdu: "Əli Kərimli çıxış edib deyir ki, 1988-ci ildə soyuq havaya baxmayaraq Azadlıq meydanında soyunub meydanı tərk etməyəcəklərini qışqırırdılar. Lakin həmin vaxtlarda Əli Kərimli Azərbaydan Dövlət Universitetinin (indiki BDU - red.) komsomol komitəsinin katibi seçilməkdən ötrü dəridən-qabıqdan çıxır, mitinqə gedənlərin siyahısını tutub rektorluğa təqdim edirdi. Bu cür yalanlarla tarixi saxtalaşdırmaq olmaz. Utanmasaydılar deyəcəkdilər ki, bugünkü yağışı da iqtidar yağdırdı".

Millət vəkili əlavə edib: "Təsəvvür edin, Azərbaycan Prezidenti dünən mötəbər tədbirdə Ermənistanın quldur rəhbərini ifşa elədi, lakin paralel olaraq Əli Kərimli burada mitinq keçirib Azərbaycan rəhbərliyinə qarşı fikir söyləyir. Və bu gün Prezident İlham Əliyev Sabirabadda əsl xalqın nümayəndələri ilə görüşdü, oğru, quldurla yox. Yəni Milli Şura rəhbərlərinin ətraflarına yığdığı adamlar ancaq oğru və quldurlardan ibarətdir".




VOİCEPRESS.AZ

Ранее » Azərbaycan prezidentindən Sarkisyana tutarlı CAVAB: "Cinayətdir!...« Далее Mətbuat Şurası: Milli Şuranın aksiyasını işıqlandıran jurnal...