Moskva və Vaşinqton ərazilərin qaytarılmasını istəyir - Qarabağda yeni qarşıdurma

Siyasət / Manşet

973

Moskva və Vaşinqton ərazilərin qaytarılmasını istəyir - Qarabağda yeni qarşıdurma
Moskva və Vaşinqton arasında Qarabağ münaqişəsi üzrə qarşıdurmanın yeni mərhələsinin başlandığı görünür.
VOİCEPESS.Az bildirir ki, bu barədə Ermənistanın "Yerkir" qəzeti yazıb.

Qəzet ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin son müsahibəsində səsləndirdiyi fikirlərin ABŞ-Rusiya arasında münaqişə üzrə fikir ayrılığının yenidən dərinləşdiyinin nümunəsi olduğunu qeyd edib: "Bu qarşıdurma Qarabağda yeni eskalasiyaya gətirib çıxara bilər. Çünki bölgədə hərbi qarşıdurmanın dayandırılmasında məhz vasitəçilər üçbucağının ümumi mövqeyi rol oynayıb".

Qəzet belə vəziyyətin Ermənistana vaxt qazandırdığını yazıb.

"Çünki həm Vaşinqton, həm də Moskva münaqişənin nizama salınmasında ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Onların qarşıdurmada olması bu prosesi ləngidə və Ermənistana vaxt qazandıra bilər", - deyə erməni qəzet bildirib.


VOİCEPRESS.AZ

Ранее » Hamburq Universitetinin professoru Bakının tələblərinə məhəl q...« Далее Sekutadan Qarabağ açıqlaması