Azərbaycan xarici işlər naziri Türkiyəyə gedib

Siyasət / Manşet

3 293

Azərbaycan xarici işlər naziri Türkiyəyə gedib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb.

XİN-in mətbuat xidmətindən VoicePress.az-a verilən məlumata görə, E. Məmmədyarov 12-13 aprel 2016-cı il tarixində İstanbul şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in “Ədalət və sülh naminə birlik və həmrəylik” mövzusunda 13-cü Zirvə toplantısına hazırlıq iclasında iştirak edəcək.

İclas çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.


VoicePress.az



Ранее » Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılı...« Далее Azərbaycan prezidenti BMT-nin yeni rezident əlaqələndiricisini qəbul e...