• 16:25 – Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar 14:24 – Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 13:24 – İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 12:51 – ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır" 12:45 – Avropa çempionumuz Dünya Kubokunun finalında 
  • 18:13 – Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 10:25 – Baytarlıq Xidməti xəstəliklərə görə toplandı 

Azərbaycan Ordusunun kadr işləri üzrə heyəti TOPLANDI


Müdafiə nazirinin 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışı keçirilib.

VOİCEPRESS.AZ bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Toplanışda çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiyini, kadr orqanlarının ordunun mühüm xidmət sahələrindən biri olduğunu söyləyərək Müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiyini və daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.

Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov çıxış edərək ötən il ərzində kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Azərbaycan Ordusunun kadr işləri üzrə heyəti TOPLANDI






VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter