• 16:25 – Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar 14:24 – Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 13:24 – İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 12:51 – ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır" 12:45 – Avropa çempionumuz Dünya Kubokunun finalında 
  • 18:13 – Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 10:25 – Baytarlıq Xidməti xəstəliklərə görə toplandı 

Los Ancelesdəki baş konsulumuz: “Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir”


Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev Los Ancelesdə fəaliyyət göstərən “ECONEWS” teleradio şirkətinə geniş müsahibə verib. VOİCEPRESS.AZ xəbər verir ki, müsahibə “ECONEWS” teleradio şirkətinin rəhbəri Nensi Perlman tərəfindən aparılıb. Qeyd olunmalıdır ki, sözügedən şirkət ABŞ-da ətraf mühit və turizmlə bağlı radio və televiziya proqramlarının hazırlanması ilə tanınır və üç dəfə məşhur Emmi mükafatına namizəd olub.

Müsahibədə baş konsul N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, turizm potensialı və iqtisadi inkişafı barədə ətraflı məlumat verir. Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışan N.Ağayev bu gün Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin qarşılıqlı anlaşma, hörmət və sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırır. Baş konsul, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycanda gedən çağdaş dövlət quruculuğu işlərinin uğurla davam etdirildiyini vurğulayır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında məlumat verən baş konsul ölkəmizin işğal olunmuş ərazilərində Ermənistanın ekoloji terror törətməkdə davam etdiyini qeyd edir. N.Ağayev Ermənistanın məişət tullantılarını, sənaye müəssisələrinin çirkab sularını və radioaktiv maddələri Araz çayına axıdaraq Azərbaycan ərazisinə ötürməklə ölkəmizə qarşı ekoloji soyqırımı həyata keçirdiyini diqqətə çatdırır. O, Ermənistanda heç bir təhlükəsizlik standartlarına cavab verməyən Metsamor atom elektrik stansiyasının istismarının davam etdirilməsinin bütün region üçün böyük təhlükə daşıdığını qeyd edərək, beynəlxalq ictimaiyyətin bu addımlara son qoymaq üçün Ermənistana təzyiq göstərməsinin vacibliyini vurğulayır.


Qeyd edək ki, müsahibə Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 35 televiziya kanalında, eləcə də müxtəlif radiokanallarda yayımlanmaqdadır.

Müsahibə ilə bu video vasitəsilə tanış olmaq olar:








VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter