İlham Əliyev Maldiv və Liberiya prezidentlərini təbrik edib

Siyasət / Manşet

3 979

İlham Əliyev Maldiv və Liberiya prezidentlərini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlayıb.

VOİCEPRESS.Az azərtac-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Maldiv Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və tərəqqi arzulayıram".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liberiya Respublikasının Prezidenti xanım Ellen Conson-Serlifə təbrik məktubu ünvanlayıb.

VOİCEPRESS.Az azərtac-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi diləyirəm".


VOİCEPRESS.AZ

Ранее » Qarabağ üçün böyük fürsət ayı« Далее Qarabağda böyük müharibəyə az qaldı..