Prezident bəyan etdi - Fransada benzinin bahalaşma qərarı ləğv olundu

Siyasət / Dünya / Manşet

261

Prezident bəyan etdi - Fransada benzinin bahalaşma qərarı ləğv olundu

Bunu dekabrın 5-də Fransa prezidenti Emmanuel Makron bəyan edib.

Milli Assambleyada çıxışı zamanı Baş nazir Eduard Filip yanacaq vergisinin artırılması barədə qərarın 6 aylıq dondurulacağını bildirmişdi. Ancaq “Sarı jiletlilər” aksiyasının üzvləri bu qərarla razılaşmamış və aksiyanı davam etdirəcəklərini bildirmişdilər.

Hökumət yanacaq vergisinin artırılması barədə qərarını donduracağını elan etdikdən sonra ölkədə yenidən dekabrın 8-də etiraz aksiyalarına çağırışlar olunmuşdu. Bu çağırışlardan sonra Parisdə keçirilməsi planlaşdırılmış bir çox tədbirlər ləğv edilib, futbol üzrə ölkə çempionatının 2 matçının vaxtı dəyişdirilib.






VOİCEPRESS.AZ


Ранее » Azərbaycan səfiri İsveçrədə prezident seçkilərini izlədi« Далее Milanda ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclası i...