Azərbaycan səfiri İsveçrədə prezident seçkilərini izlədi

Siyasət / Dünya / Manşet

225

Azərbaycan səfiri İsveçrədə prezident seçkilərini izlədi

5 dekabr 2018-ci il tarixində İsveçrə Parlamentində bu ölkənin Federal Şurasına seçkilər həyata keçirilib. Həmin seçkiləri izləmək üçün məhdud sayda səfirlər dəvət olunub. Seçkiləri izləyənlər arasında Almaniya, Aİ, Belçika, Fransa, Finlandiya, İsveç, Kanada, Niderland səfirləri ilə yanaşı, Azərbaycanın İsveçrədə akkreditə olunmuş səfiri də yer alıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycanıb İsveçrədəki səfirliyi məlumat verib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimovadır. O, 13 sentyabr 2017-ci il tarixindən bu vəzifədə çalışır.

Federal Şura İsveçrədə ali icra hakimiyyəti orqanıdır və Prezident həmin Şuranın üzvləri arasından rotasiya qaydasında bir illik müddətə seçilir. 2019-cu il üçün İsveçrə Prezidentliyinə maliyyə naziri Ueli Maurer seçil.

Prezident seçkiləri ilə yanaşı, Federal Şuraya yeni üzvlərin seçkisi də keçirilib və Azad Demokrat Partiyasının nümayəndəsi Karin Keller Sutter və Xristian Demokrat Xalq Partiyasının nümayəndəsi Viola Amherd yeni Federal Şura üzvləri seçiliblər. Karin Keller Sutter 244 səsdən 154 səs, Viola Amherd isə 244 səsdən 148 səs toplaya bilib.

Karin Keller Sutter bu vaxta qədər İsveçrə Parlamentinin yuxarı Palatası hesab olunan Kantonlar Şurasının sədri, Viola Amherd isə İsveçrə Parlamentinin aşağı Palatası hesab olunan Milli Şuranın üzvü kimi fəaliyyət göstərirdi.

Son dövrlər İsveçrə ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və yalnız 2018-ci ildə baş tutan çoxsaylı qarşılıqlı səfərlər bunun əyani göstəricisidir. Belə ki, il ərzində İsveçrə tərəfdən Federal Şuranın üzvü, rotasiya qaydasında Prezident, eyni zamanda iqtisadiyyat naziri Yohan Şnayder Amman, təhsil naziri Mauro Dell’Ambrogio, eləcə də Parlamentin yuxarı palatası Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Filippo Lombardi Bakıya səfər ediblər.






VOİCEPRESS.AZ

Ранее » Araz Əzimov NATO-nun Şimali Atlantika Şurasının iclasında iştir...« Далее Prezident bəyan etdi - Fransada benzinin bahalaşma qərarı ləğv o...