Azərbaycan Avstriya əməkdaşlığı müzakirə edildi

Siyasət / Manşet

594

Azərbaycan Avstriya əməkdaşlığı müzakirə edildi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın ölkəmizə yeni təyin olunan səfiri Bernd Aleksandr Bayerli qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər. Onlar bu xüsusda iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

İki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.

Nazir Avstriyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Bundan əvvəl Elmar Məmmədyarov Argentinanın XİN başçısını Azərbaycana səfərə dəvət edib.







VOİCEPRESS.AZ

Ранее » İlham Əliyev Kamboca Kralını təbrik edib« Далее İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanını qəbu...