Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar ...

Siyasət / Manşet

504

Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar ...

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Nazirlikdən VOİCEPRESS.AZ-a verilən məlumata görə, Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Tərəflər Azərbaycan-Aİ tərəfdaşlıq münasibətləri ətrafında, o cümlədən ölkəmizlə Aİ arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə davam edən danışıqlar barədə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Aİ tərəfindən həyata keçirilən etimad quruculuğu layihələri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.






VOİCEPRESS.AZ

Ранее » Azərbaycan Ordusunda komanda-qərargah oyunları keçiriləcək« Далее Azərbaycanla İsveçrə əməkdaşlığı müzakirə edilib