• 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 12:36 – Ukraynada 20 Yanvar Bakı qırğını ilə bağlı silsilə filmlər hazırlanacaq 11:20 – Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan 1-i ləğv edilir, 6-sı isə birləşdirilir - SİYAHI 11:06 – Hansı məmurlara xidməti avtomobil veriləcək? - Prezidentdən TAPŞIRIQ - Siyahı hazırlanacaq 10:34 – “İdaretmə aparatı çox şişmişdi” - Deputat Prezidentin son islahatlarını yüksək dəyərləndirdi 
  • 21:46 – “Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi 
  • 18:10 – Dubayda “Azərbaycan Ticarət Evi” açıldı 
  • 23:07 – Güclü külək Bakıda fəsadlar törətdi 

Nikolun naşılığının nəticəsi mütləq olacaq

Nikol Paşinyan çox yanlış siyasət yürüdür.

Bu sözləri VOİCEPRESS.AZ -a Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərini şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Təcrübəsi olmayan siyasətçilər adətən öz mövqelərini bəyənərək ona heç bir düzəliş etmirlər və digər tərəfdaşlarının mövqeləri ilə də maraqlanmırlar. Bu fonda Paşinyanın Moskvaya səfəri göstərir ki, o, Rusiyaya birbaşa meydandan çıxıb gedib. Ümumiyyətlə, Paşinyan reallığı hiss etməyən bir siyasətçidir və öz bildiyini danışmağa davam edir. Ancaq o da bəllidir ki, əks tərəf Paşinyanın dediklərini qəbul etmir. Bunun nəticələrini isə yaxın gələcəkdə görəcəyik”, - sabiq nazir bildirib.

T.Zülfüqarov bildirib ki, Moskvada sadəcə öz konsepsiyalarının təbliği ilə məşğul olan Paşinyanın Qarabağla bağlı sərsəm bəyanatlarının heç bir əsası yoxdur:

“Ümumiyyətlə, siyasətdə hər hansı bir hadisə birbaşa baş vermir. Bunun üçün müəyyən vaxt lazım olur. Paşinyanın Rusiyaya səfərindən sonra artıq mövqelər bəlli oldu. Paşinyan meydan və mitinqlərdə formalaşan mövqeyi sayəsində hakimiyyətə gəlib. Hiss olunur ki, o, Rusiyaya səfəri zamanı da öz mövqeyinin təbliğatını əsas vəzifəsi olaraq görüb. Bu isə o deməkdir ki, digər tərəflərin, qonşuların, tərəfdaşların mövqeyini nəzərə almaq mədəniyyəti hələ Paşinyana çatmayıb. Əlbəttə ki, bu, çox yanlış bir siyasətdir və gec-tez öz nəticələrini göstərəcək”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvaya səfər edərək rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter