• 17:32 – Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 17:12 – Dünyaca məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu 17:00 – Ukraynanın baş naziri istefa verdi 16:28 – Deputatlar prezidenti məhkəməyə verdilər 16:26 – Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 
  • 09:50 – Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək 
  • 18:32 – Yaponiya-Azərbaycan İqtisadi Komitəsi – noyabrda iclasdır 
  • 17:02 – Prezident və birinci xanım Təzəpirin qarşısındakı parkın AÇILIŞINDA 

Xəzəryanı ölkələrin XİN başçıları görüşdü

Beşinci Xəzər sammiti ərəfəsində Aktauda Qazaxıstan tərəfinin sədrliyi ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib.

Müşavirədə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak ediblər.

XİN başçıları "Xəzər beşliyi"nin qarşıda duran yüksək səviyyəli görüşünə hazırlıq işlərinə yekun vurublar.

"Bu gün biz güzəşt və qarşılıqlı məqbul qərarların axtarışına göstərilən səylər sayəsində Xəzər dənizində qarşılıqlı fəaliyyətə aid bütün məsələlər üzrə razılığa gələ bildik. Prezidentlər tərəfindən imzalanmaya çıxarılan Xəzər dənizinin hüquqi statusuna dair konvensiya buna sübutdur", - deyə Qazaxıstanın XİN rəhbəri K.Abdrahmanov bildirib.

Qeyd olunur ki, görülən işləri Xəzəryanı dövlət başçılarının şəxsi diqqət və fəal iştirakı olmadan həyata keçirmək mümkün olmazdı.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter