Milli Məclisdə ünvanlı sosial yardım müzakirə ediləcək

Siyasət / Manşet

1 368

Milli Məclisdə ünvanlı sosial yardım müzakirə ediləcək
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə ictimai dinləmələr təşkil etməsi nəzərdə tutulur.

VOİCEPRESS.AZ -ın MM-dən əldə etdiyi məlumata görə, dinləmələrin parlamentin qarşıdan gələn 2018-ci il payız sessiyası ərəfəsində, sentyabr ayında keçirilməsi planlaşdırılır.

Qeyd olunur ki, dinləmələrin keçirilməsi təşəbbüsü parlamentin müvafiq komitəsindən gəlib və nazirlikdən bununla bağlı ilkin razılıq verilib.

Dinləmələrin keçirilməsində məqsəd əlilliyin müəyyənləşdirilməsində üzə çıxan və cəmiyyəti narahat edən problemlərin, o cümlədən, ünvanlı sosial yardımların verilməsi prosedurundakı çatışmazlıqların birgə müzakirə olunmasıdır.

Bildirilir ki, hər iki məsələ ilə bağlı müzakirələrin, dinləmələrin yekunu olaraq, qanunvericiliyin koordinasiyalı şəkildə təkmilləşdirilməsi yönündə addımların atılması gözlənilir. Yəni, hər iki qanunun yenilənməsi nəzərdə tutulur.


VOİCEPRESS.AZ

Ранее » İlham Əliyev ali qonağın şərəfinə ziyafət verdi« Далее Xəzəryanı ölkələrin XİN başçıları görüşdü