• 13:22 – Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək 13:04 – Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi 12:19 – Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ 12:15 – Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 10:09 – Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 11:47 – Bu gün Beynəlxalq Daun Sindromu Günüdür 

Prezident: "Çox iş görməliyik"

Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti İmaməli Rəhmanla keçirilən təkbətək görüş zamanı deyib.

Biz gündəliyimizdə duran mühüm məsələləri, əlbəttə ki, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Ölkələrimizi daha da yaxınlaşdırmaq üçün çox iş görməliyik. Səfəriniz ərəfəsində nümayəndə heyətlərimiz çox fəal iş görüblər, ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləri müzakirə ediblər. Əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin var. Əlbəttə, bu gün biz bunu mütləq müzakirə edəcəyik. Həmçinin bu gün bizim uğurla irəliləməyimiz üçün hüquqi baza yaradacaq xeyli sənəd imzalanacaq.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfər məhsuldar olacaq. Biz həm Tacikistanda, həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə tez-tez görüşürük. Əlbəttə ki, gündəlikdə duran məsələləri ətraflı müzakirə etmək üçün yaranan bu imkan münasibətlərimizə yeni impuls verəcək”, - prezident bildirib.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter