Parlamentin payız sessiyasının ilk iclası bu dəfə fərqli tarixdə keçiriləcək

Siyasət

342

Parlamentin payız sessiyasının ilk iclası bu dəfə fərqli tarixdə keçiriləcək
Milli Məclisin payız sesssiyasının ilk iclasının vaxtı müəyyənləşib.

VOİCEPRESS.AZ -ın parlamentdən əldə etdiyi məlumata görə, payız sessiyasının ilk plenar iclasının oktyabrın 1-də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Milli Məclisinin Daxili Nizamnaməsində göstərilib ki, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq parlament hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Sentyabrın 30-u istirahət gününə düşdüyündən iclas oktyabrın 1-də keçiriləcək.

VOİCEPRESS.AZ

Ранее » İlham Əliyev Putinə başsağlığı verdi« Далее Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda gö...