MN: Azərbaycan Ordusunun döyüş mövqelərində partlayış baş verməsi ilə bağlı Ermənistan KİV-də yayılmış xəbər təxribatdır

Siyasət / Manşet

603

Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış baş verməyib.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib.

Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir.

Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".

VOİCEPRESS.AZ

Ранее » Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni tə...« Далее Felgenhauer: "Qarabağda silahlı qarşıdurma baş verə bilər"