Prezidentdən Məhərrəm Qasımlı barədə qərar

Siyasət / Manşet

1 233

Prezidentdən Məhərrəm Qasımlı barədə qərar
Prezident İlham Əliyev M.P.Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan aşıq sənətinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Paşa oğlu Qasımlı “Şöhrət” ordeni ilə təltif edilsin.

***
İlham Əliyev sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 11 352 000 (on bir milyon üç yüz əlli iki min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


VOİCEPRESS.AZ

Ранее » Sonuncu sərəncamla Qarabağ əlilləri və şəhid ailələrinə dah...« Далее İlham Əliyev sərəncam imzaladı