• 17:32 – Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 17:12 – Dünyaca məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu 17:00 – Ukraynanın baş naziri istefa verdi 16:28 – Deputatlar prezidenti məhkəməyə verdilər 16:26 – Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 
  • 09:50 – Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək 
  • 18:32 – Yaponiya-Azərbaycan İqtisadi Komitəsi – noyabrda iclasdır 
  • 17:02 – Prezident və birinci xanım Təzəpirin qarşısındakı parkın AÇILIŞINDA 

Millət vəkili: "Paşinyan Putinin ürəyincə deyil"

Paşinyan bir rəhbər kimi Rusiya rəhbərliyinin ürəyincə deyil.

Bu sözləri VOİCEPRESS.AZ -a Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya ehtimal edilən səfəri haqda danışan millət vəkili Rasim Musabəyov deyib.

“Bildiyim qədərilə, Nikol Paşinyan hələ ki, ABŞ-a səfər etməyə hazırlaşır və Nyu Yorkda Donald Trampla görüşmək niyyətindədir. Ancaq hələlik Nikolun Moskvaya səfəri ilə bağlı dəqiq fikir söyləmək çətindir. Məsələ burasındadır ki, Putinin Paşinyanı Moskvada qəbul edib-etməyəcəyi sual altındadır. Paşinyan bir rəhbər kimi heç də Rusiya rəhbərliyinin ürəyincə deyil. O, tamamilə küçədən gəlib və Rusiyaya nifrətini heç vaxt gizlətməyib. Erməni tərəfi indi sözdə bu münasibətin dəyişdiyini bildirir. Ancaq bütün hallarda Moskvada Paşinyana inamın artdığını düşünmürəm”, - deputat bildirib.

Millət vəkili qeyd edib ki, məhz bu səbəbə görə də Paşinyan istədiyi vaxt Moskvaya gedə və orada Putinlə görüşə bilməz:

“Buna ilk növbədə Rusiya razılıq verməlidir. Bu səfər baş tutsa belə, bu, Ermənistanla Rusiyanın müttəfiqliyi xatirinə ola bilər. O zaman isə Paşinyanın Moskvada hansısa izahatlar verəcəyi istisna deyil”.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter