"Ətraf rayonlar azad edilməlidir" — Lavrovdan sensasion bəyanat

Siyasət / Manşet

4 679

Lavrov ətraf rayonların qaytarılmasının vacibliyindən danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ probleminin həllindən danışıb.

VoicePress.az-ın verdiyi xəbər görə, Bakıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və azərbaycanlı həmkarı Məmmədyarovla görüşdən sonra Lavrov sensasion bəyanat verib.

"Rusiya prezidenti Vladimir Putin və baş nazir Medvedev Dağlıq Qarabağ ətrafında yaranmış gərginliyin azalması üçün ətraf rayonların azad edilməsini dəfələrlə vurğulayıblar. Bundan sonra Dağlıq Qarabağın statusunu müzakirə etmək olar", deyə "İtar-Tass" agentliyinin baş direktoru Mixail Qusmana müsahibə verən Lavrov bildirib.

Daha sonra Lavrov bildirib ki, bu gün baş nazir Medvedev İrəvana gedir və sabah isə Bakıya gələcək.

Bundan başqa Lavrov həm də snayperlərin cəbhə xəttindən çəkilməsinin də müzakirə edildiyini bildirib.

"Bu da cəbhə xəttində gərginliyin ciddi şəkildə azalmasına gətirib çıxaracaq", deyə Rusiyanın XİN başçısı sözlərini bitirib.




VoicePress.az


Ранее » Azərbaycan İsraildən gözlədiyi cavabı aldı« Далее ABŞ konqresmeni Ermənistanın hərbi aqressiyasına dair bəyanat ya...