• 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 
  • 10:20 – Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Putin Kerri ilə münaqişələrin həllindən danışdı

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri ilə görüşüb. VOİCEPRESS.Az-ın məlumatına görə, görüşdə V.Putin münaqişələrin nizamlanmasında Rusiya Federasiyası və ABŞ-ın qarşılıqlı səylərini qeyd edib.
C.Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşəcək. RF rəsmiləri hesab edirlər ki, C.Kerrinin səfəri Rusiya-ABŞ münasibətlərinin yaxşlaşmasına xidmət edəcək.

Con Kerri Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün bu gün axşam saatlarında Moskvaya gəlib.

Rusiya XİN-in məlumatına görə, Kerri bu gün və sabah Putn və Kerri ilə bir sıra məsələləri, xüsusən də Suriyada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya əməl olunmasını müzakirə edəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünənki açıqlamasında bildirmişdi ki, müzakirə olunacaq mövzular kifayət qədər proqnozlaşdırılandır: “Bu həm Suriya, həm Ukrayna, həm də ikitərəfli münasibətlərlə bağlı məsələlərdir”.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bir müddət əvvəl Putinlə Kerri arasındakı Moskva danışıqlarının əsas mövzularından birinin də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacağını bildirmişdi.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter