Ərdoğan Azərbaycandan getdi

Siyasət / Manşet

864

Ərdoğan Azərbaycandan getdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 10-da başa çatıb.

VOİCEPRESS.AZ xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.


VOİCEPRESS.AZ

Ранее » İlham Əliyev iki yeni müavin təyin etdi« Далее Prezidentlər Türkiyə-Azərbaycan əlaqələri haqda bəyanat verdil...
Flag Counter