• 12:08 – Putinin hərbi bloku Baş katibsiz qalacaq – Paşinyan güzəştə getmədi 11:48 – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki TƏYİNAT 11:36 – Bakı məktəblisi Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz etdi 11:29 – “Qobu park”da idman klubu açıldı 11:27 – Mehriban Əliyeva Qarabağ əlilinə ev tikilməsi barədə tapşırıq verdi 
  • 19:43 – Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 23:13 – Sumqayıtdakı qəzada yaralananların sayı 42-yə çatdı - SİYAHI, YENİLƏNİB 

Bakı-Gəncə sürət qatarının xəttə buraxılması ilin sonuna qədər nəzərdə tutulur

Bakı-Qəbələ dəmir yolunun tikintisi layihəsi icra edilir. Bu da turizmin inkişafına böyük dəstək olacaqdır. Bakı-Gəncə sürət qatarının xəttə buraxılması ilin sonuna qədər nəzərdə tutulur. Belə olan halda hesab edirəm ki, vətəndaşlar Bakıdan Gəncəyə rahat, komfortlu qatarlarla getməyə üstünlük verəcəklər. Ən qabaqcıl firmaların sərnişin qatarları da alınır.

VOİCEPRESS.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun çıxışında deyib.

“Şəhərətrafı dəmir yolunun tikintisi layihəsi uğurla icra edilir. Nəzərə alsaq ki, gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcmi artacaq, hesab edirəm, Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır. Mən sahibkarlara müraciət edirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki bu, çox gəlirli sahə olacaqdır. Bunun əsas bazarı Azərbaycan olacaq. Çünki konteyner daşımaları dəfələrlə artacaq. Bizdə isə konteyner çatmır. Yükləri öz təşəbbüsümüzlə gətirmək üçün biz gərək konteyner parkına malik olaq. Ona görə, konteynerlərin istehsalı həm sahibkarlar üçün, həm dövlətimiz üçün çox vacib məsələdir. Hesab edirəm ki, sahibkarlar buna ciddi fikir verəcəklər”, - prezident bildirib.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter