Elmar Məmmədyarovun erməni nazirlə görüş yeri və vaxtı məlum oldu

Siyasət / Manşet

558

Elmar Məmmədyarovun erməni nazirlə görüş yeri və vaxtı məlum oldu
Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü Brüsseldə keçiriləcək.

VOİCEPRESS.AZ -ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

E.Məmmədyarov qeyd edib ki, iyulun 11-də Brüsseldə NATO-nun Zirvə toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri ilə görüş keçiriləcək.

Onun sözlərinə görə, artıq Minsk qrupunun həmsədrləri də bu görüşlə bağlı işləri yekunlaşdırıblar. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.



VOİCEPRESS.AZ

Ранее » Berlində Azərbaycandakı seçkilər müzakirə edildi« Далее Bu yüksək dövlət vəzifələrinə TƏYİNAT olacaq
Flag Counter