• 20:30 – Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb 19:55 – “Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov 19:21 – Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR 18:45 – İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ 17:51 – Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı 
  • 09:24 – Qarabağ cəbhəsində erməni təxribatı 
  • 11:40 – Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir 
  • 17:51 – Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı 

Ermənistan Azərbaycana hücuma hazırlaşır?

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra qorxuya düşən Ermənistan Naxçıvan istiqamətində hücum etməyə hazırlaşır.

VOİCEPRESS.AZ xəbər verir ki, erməni ekspertlər cəmiyyəti yeni müharibəyə hazırlayan açıqlamalar verirlər.

Erməni millətçiliyi ilə seçilən Levon Şirinyan iddia edir ki, Azərbaycan Ordusu əlverişli məqamda ərazilərin azad olunması üçün hərəkətə keçəcək. O təklif edir ki, Ermənistan Naxçıvana hücuma keçsin.

“Biz ilk növbədə Naxçıvanı ələ keçirməliyik. Bu, bizim birinci respublikamızın bölünməz hissəsidir. Əsas məsələ indi bizim bunu edib-edə bilmədiyimizdir. Yox olmaq istəyirik, yoxsa yaşamaq?! Mən sülhün psixi xəstəliyini anlamıram. Hazırki hakimiyyət müvəqqətidir, biz təcili olaraq növbədənkənar seçki keçirməli və yeni hakimiyyətlə hücuma keçməliyik. Azərbaycanın qarşısını almaq üçün biz öncədən hücum etməliyik”, - deyə Şirinyan vurğulayıb.

Erməni şərhçi Sarqis Artsruni isə yazır ki, Naxçıvan cəbhəsində müharibə Ermənistanın məğlubiyyəti ilə başa çatacaq: “Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bizə kömək etməyəcək, Azərbaycan bunu əla anlayır”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində hücuma keçdiklərini və Azərbaycanın Ordusuna məxsus postu yandırdıqlarını iddia edib. Hərçənd, erməni hərbi birləşmələrinin atdıqları yandırıcı güllələrin erməni əhalisinə məxsus taxıl zəmilərini yandırdığı ortaya çıxıb.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter