Mövlud Çavuşoğlu Qarabağa görə Bakıya gəlir

Siyasət / Manşet

4 579

Mövlud Çavuşoğlu Qarabağa görə Bakıya gəlir
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu 14-15 iyul tarixlərində Bakıya rəsmi səfər edəcək. VOİCEPRESS.Az-ın məlumatına görə, bu barədə Türkiyə XİN-in rəsmi məlumatında deyilir. Məlumata görə, Çavuşoğlu Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun dəvəti ilə Bakıya gələcək.

Çavuşoğlunun Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü baş tutatcaq. XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını və regionda və dünyada vəziyyəti müzakirə edəcəkləri planlaşdırılıb. Türkiyə XİN-i qeyd edirki Çavuşoğlunu Azərbaycan prezidenti İlham Əliyevin də qəbul edəcəyi gözlənilir.
Türkiyə XİN başçısının Azərbaycana sonuncu səfiri Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu zamanı baş tutub. Son səfəri zamanı naziri prezident İlham Əliyev və Elmar Məmmədyarovla görüşüb.

VOİCEPRESS.AZ

Ранее » Ə.Ağayev: "Məleykə Abbaszadə dövlət əhəmiyyətli səhv edir...« Далее Ermənistan payızda Qarabağda yeni müharibə başlayacağından nar...