• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

Kreml Putinin Bakı səfərini şərh etdi, görüşün müzakirə mövzusu açıqlandı

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşəcəyini təsdiqləyib. VOİCEPRESS.Az-ın məlumatına görə, Peskov görüşün avqust ayının ilk 10 günündə baş tutacağını bildirib.
Putinin sözçüsü görüş yeri barəsində heç nə deməsə də İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur 3 ölkə başçısının avqustun 8-də Bakıda görüşəcəyini bildirib. Rəhimpurun sözlərinə görə, Azərbaycanın paytaxtında Həsən Ruhani və Vladimir Putinin təkbətək görüşü planlaşdırılır. Onun sözlərinə görə, Rusiya-İran-Azərbaycan üçtərəfli sammitində Suriya münaqişəsi müzakirə olunacaq.
"Rusiya və İran arasında yaxşı nəticə verən Suriya üzrə ciddi əməkdaşlıq mövcuddur ki, bu da sülh prosesi üçün əhəmiyyətlidir" - deyə o, həmçinin əlavə edib ki, siyasi proses də müzakirə mövzusu olacaq.

"Qeyd etmək lazımdır ki, Suriya məsələsində Azərbaycanın da mövqeyi Rusiya və İran mövqeyi ilə oxşardır. Burada söhbət Suriya münaqişəsinin həll yollarından və terrorizmin kökünün kəsilməsindən gedir" - deyə Rəhimpur əlavə edib.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter