• 20:30 – Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb 19:55 – “Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov 19:21 – Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR 18:45 – İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ 17:51 – Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı 
  • 09:24 – Qarabağ cəbhəsində erməni təxribatı 
  • 11:40 – Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir 
  • 17:51 – Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı 

İlham Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və inkişafı naminə yeni uğurlar arzulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter