Azərbaycanlı deputat ermənini susdurdu

Siyasət / Manşet

1 377

Azərbaycanlı deputat ermənini susdurdu
Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 51-ci Baş Assambleyasında ümumi müzakirələrdə çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Qagik Minasyan deyib ki, Ermənistan qonşu ölkələr tərəfindən izolyasiyaya alınıb və bu səbəbdən də normal inkişaf edə bilmir.

Axar.az
xəbər verir ki, bu barədə məlumatı millət vəkili Aydın Mirzəzadə Feysbuk hesabında paylaşıb.

“Ondan sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev isə Azərbaycan torpaqlarının 20 faizinin qonşu ölkə tərəfindən işğal edildiyini və əhalimizin bir milyon iki yüz min nəfərinin öz doğma torpağında məcburi köçkünə çevrildiyini bildirib. Əgər işğal olmasaydı, izolyasiya da olmazdı və Azəbaycan daha yaxşı, region ölkələri isə normal inkişaf edərdi”, - Aydın Mirzəzadə bildirib.

VOİCEPRESS.AZ


Ранее » Zaxarova: "Qarabağ Rusiya üçün ciddi məsələdir "« Далее Nazir açıqladı: Bu ərazilər azad edildi-Video
Flag Counter