• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı, general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüş keçirib və Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzini ziyarət edib.

Azərbaycan Müdafiə Nazirliyi və ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası arasında əməkdaşlıq 2002-ci ildən etibarən həyata keçirilir. Ştatla Tərəfdaşlıq Proqramı çərçivəsində ABŞ və NATO ilə əməliyyat uyarlılığı səviyyəsinin artırılması, peşəkar çavuş heyətinin, hərbi mühəndislərin və hərbi tibb mütəxəssislərinin hazırlığı sahələrində əməkdaşlıq və təcrübə mübadiləsi aparılır.





VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter