Novruz Məmmədov Parisdə Bakının “Ekspo 2025” sərgisinə namizədliyi ilə bağlı təqdimatda iştirak edəcək

Siyasət / Manşet

621

Novruz Məmmədov Parisdə Bakının “Ekspo 2025” sərgisinə namizədliyi ilə bağlı təqdimatda iştirak edəcək
Azərbaycanın Baş naziri Parisə səfərə yola düşüb.

VOİCEPRESS.AZ
xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 11-də Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə namizədliyi münasibətilə keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşüb.

Qeyd edək ki, cari ilin noyabr ayında Parisdə təşkil ediləcək Beynəlxalq Sərgilər Bürosunun (BSB) Baş Assambleyasının 163-cü sessiyası zamanı üzv dövlətlər 2025-ci ildə Büronun Ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər.

2025-ci ildə BSB-nin Ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Qiymətləndirmə Missiyasının rəsmi hesabatında deyilir: "Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə məntiqi və böyük dəstək olacaq".

Bakı şəhərinin namizədliyi seçilərsə, "Ekspo 2025" Ümumdünya sərgisi 10 may - 10 noyabr 2025-ci il tarixində, yəni 6 ay ərzində keçiriləcək. Bu, regionda təşkil ediləcək BSB-nin ilk Ümumdünya Ekspo sərgisi olacaq.

VOİCEPRESS.AZ


Ранее » Lukaşenko: "Belarus-Azərbaycan münasibətləri gələcəkdə də d...« Далее BMT Azərbaycanda məcburi köçkünlərlə bağlı bir sıra layihəl...
Flag Counter