Azərbaycanlı nazir Lavrovla görüşəcək

Siyasət / Manşet

4 058

Azərbaycanlı nazir Lavrovla görüşəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edib. Rusiyalı nazir işgüzar səfəri çərçivəsində bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşəcək.
VOİCEPRESS.Az-ın məlumatına görə, Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli dialoqun inkişafı və aktual beynəlxalq problemləri müzakirə edəcəklər.
Prezident İlham Əliyev Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşündə Azərbaycan-Rusiya münasibətlərindən danışıb. Prezident bildirib ki, ikitərəfli münasibətlərin möhkəmlənməsi ölkələr qarşısında duran əsas məsələdir.
"Ötən ay biz Vladimir Putinlə ikitərəfli münasibətləri müzakirə etdik. Hər iki ölkə qarşısındakı əsas məsələ iqtisadi, siyasi, nəqliyyat və humanitar sahədə olan münasibətlərin möhkəmlənməsidir. Biz irəliyə gedirik. Əminəm ki, bu əməkdaşlıq uğurlu olacaq" - deyə İlham Əliyev bildirib.


VOİCEPRESS.AZ

Ранее » Roma Papasının Bakı səfərinin vaxtı bilindi« Далее Con Kerri Moskvada Dağlıq Qarabağı müzakirə edəcək