Zahid Oruc: "SAT imtahanlarında ciddi korrupsiya var "

Siyasət / Manşet

1 278

Zahid Oruc:
“Azərbaycanda valideyn övladının SAT (Scholastic Aptitude Test) imtahanlarını verməsi üçün Gürcüstana gedir. Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətlarlıq var. Beynəlxalq mərkəzlərdə Britaniya və Amerikada bizim nəticələri tanımırlar, çünki çox ciddi korrupsiya var, nəticələr süni şəkildə şişirdilir”.

VOİCEPRESS.AZ
-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, insan vəsait xərcələyərək, Gürcüstana gedirlər, orada imtahan verirlər.

“Bununla bizim təhsil imicimiz ləkələnir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirəm ki, bu faktları araşdırsın. Niyə beynəlxalq aləmdə irad almalıyıq?!”. Zahid Oruc deyib ki, olimpiadada iştirak edən 300 şagirddən 120-sinin gözündə eynək var idi.

“Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib? Bu şagirdlər millətin qürurverici təbəqəsidir. Biz onlarla qürur duyuruq. Eyni zamanda, biz orada üzücü bir mənzərə ilə rastlaşdıq.Olimpiadada iştirak edən 300 nəfərdən 120-sinin gözündə eynək var idi. Bu çox ciddi məsələdir.

Niyə onların gözləri zəifləyib? Bəlkə biz qida rasionunu dəyişməliyik, ya başqa addımlar atmalıyıq. Bütün hallarda məktəbliləri əhatə edən bu problemin həllinə yönəlik işlər görməliyik”.

VOİCEPRESS.AZ


Ранее » Deputatlar AŞPA-ya ETİRAZ etdilər« Далее “Etirazımız Rusiya Xarici İşlər Nazirliyinə çatdırılacaq”
Flag Counter