Prezident İlham Əliyev Ramanada yol tikintisinə 3,7 milyon manat ayırdı

Siyasət / Manşet

630

Prezident İlham Əliyev Ramanada yol tikintisinə 3,7 milyon manat ayırdı
Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

VOİCEPRESS.AZ
xəbər verir ki sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində on üç min nəfər əhalinin istifadə etdiyi, ümumi uzunluğu 3,2 kilometr olan avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,7 milyon (üç milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

VOİCEPRESS.AZ


Ранее » "Radikal müxalifət bəzi beynəlxalq siyasi dairələrin əlində a...« Далее Bu gün Milli Məclisin növbəti plenar iclası keçriləcək
Flag Counter