• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

Ülkər Musazadə Dövlət Agentliyinə mətbuat katibi təyin edildi


Tanınmış siyasi yazar Ülkər Musazadə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə mətbuat katibi təyin olunub. VOİCEPRESS-in verdiyi xəbərə görə, bu haqda Dövlət Agentliyindən AFN.az-a bildirilib.

Ülkər Musazadə bu günə kimi diaspora, lobbiçilik, Dağlıq Qarabağ məsələsi, Azərbaycan iqtisadiyyatı, Alternativ enerji və qeyri neft sektorunun inkişafı və sairə önəmli məsələlərlə bağlı beynəlxalq mətbuatda yazılarla çıxış edib.

Ülkər Musazadə Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib. Ölkə daxili və xarici bir sıra nüfuzlu nəşrlərdə çalışıb. Azərbaycan Sosial Rifah Partiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin sədri vəzifəsində çalışıb.

Voicepress.az Beynəlxalq İnformasiya Bürosunun təsisçisi və baş redaktorudur. Pakistan Azərbaycan Media forumunun rəhbəri, “Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!” adlı könüllü jurnalistlərdən ibarət layihənin təşəbbüskarıdır.

Parlament Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Pulun qanlı dodaqları” detektiv romanı və “ Uzun yol” şeirlər toplusunun müəllifidir.
Qeyd edək ki, Ülkər Musazadə 01.11.2015 ci il tarixində keçirilən Parlament seçkilərində 33 saylı Xətai rayonu birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olmuşdu.




VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter