Ülkər Musazadə: “Türkiyədə keçirilən prezident seçkiləri Türkiyənin xarici siyasətinə öz təsirini göstərir”

Siyasət / Manşet

2 070

Ülkər Musazadə: “Türkiyədə keçirilən prezident seçkiləri Türkiyənin xarici siyasətinə öz təsirini göstərir”
Ülkər Musazadə: “Türkiyədə keçirilən prezident seçkiləri Türkiyənin xarici siyasətinə öz təsirini göstərir”

“Bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə ilə diplomatik münasibətlərin bərpası ilə bağlı açıqlamasına qardaş Türkiyədən gələn cavab bir qədər məyus edici oldu”.


Bunu VOİCEPRESS.AZ-a açıqlamasında siyasi yazar Ülkər Musazadə deyib. Onun sözlərinə görə, Türkiyə baş nazirininin səsləndirdiyi fikirlərdə səhv yox idi, sadəcə daha əvvəl Rəcəb Tayib Ərdoğanın səsləndirdiyi fikirlərdən fərqli idi: “Bu cür açıqlama Türkiyədən gözlənmirdi. Afrin zəfərindən sonra Türkiyə cumurbaşkanı R.T.Ərdoğanın “Gün gələcək Qarabağı da, terrorçulardan və işğalçılardan təmizləyəcəyik” kimi fikri əslində Türkiyə baş nazirinin Paşinyana verəcəyi cavab idi. Amma görünür Türkiyədə keçirilən prezident seçkiləri Türkiyənin xarici siyasətindəki bəzi addımlara öz təsirini göstərir. Hesab edirəm sayın Ərdoğanın seçkilərdə qələbə çalması Dağlıq Qarabağ məsələsinin Türkiyə siyasi gündəmində mühüm məsələ olaraq, qalmasına öz təsirini göstərəcək”.

Siyasi yazar eyni zamanda İsrailin Avrovisionda birinci olmasının siyasi tərəflərinə də, münasibət bildirib: “Beynəlxalq alanda keçirilən istər idman, istər mədəni forum və müsabiqələr birmənalı olaraq siyasi əhəmiyyət daşıyır. Bu birmənalı olaraq belədir. Bu il Avrovision mahnı müsabiqəsində İsrail növbəti il Avrovisionun məhz Qüdsdə keçirilməsinin reallaşdırması üçün qələbə qazanmalı idi”.

Aysel İsgəndərova
VOİCEPRESS.AZ


Ранее » XİN Laçının işğalının 26-cı ildönümü ilə bağlı bəyanat...« Далее Ülkər Musazadə Dövlət Agentliyinə mətbuat katibi təyin edildi
Flag Counter