Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq müzakirə edildi

Siyasət / Manşet

333

Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq müzakirə edildi
Mayın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Nümayəndə heyətləri Belarus hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndiriblər.

Tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə edərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdiriblər.

VOİCEPRESS.AZ


Ранее » Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə g...« Далее AŞPA komitəsi Səməd Seyidova qarşı sanksiya tətbiq etdi
Flag Counter