“Paşinyan Qarabağa təhdiddir...”

Siyasət / YanPress / Manşet

1 566

“Paşinyan Qarabağa təhdiddir...”
Ermənistanda keçmiş müdafiə naziri, səlahiyyətlərini mayın 11-də təhvil vermiş Vigen Sərkisyan Nikol Paşinyanın rəhbərliyi ilə formalaşdırılan yeni hökumətin Qarabağ məsələsinin nizamlanmasına mümkün təhdidləri barədə danışıb.

VOİCEPRESS.AZ
virtualaz.org-a istinadən xəbər verir ki, Sərkisyan Paşinyanın ötən həftə Qarabağda verdiyi bəyanatları tənqid edərək deyilənlərin Ermənistanın mövqeyinə zərər vuracağını bildirib.

"Bir neçə gün bundan əvvəl baş nazir mətbuat konfransında təhlükəli ola biləcək bir neçə yanaşma ortaya qoyub. Əminəm ki, onun məqsədi Ermənistanın bu məsələdəki vəziyyətini mürəkkəbləşdirmək deyildi, lakin aydındır ki, dedikləri nəinki Azərbaycanın kifayət qədər sərt, aqressiv reaksiyasına səbəb oldu, eyni zamanda əminəm ki, bizim beynəlxalq tərəfdaşlarımzın, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin narahatlığına səbəb oldu"-keçmiş müdafiə naziri "Aravot" qəzetinə müsahibəsində deyib.

Vigen Sərkisyana görə əvvəla Paşinyanın Ermənistanı münaqişə tərəfi kimi təqdim etməsi yanlış idi. Çünki bunu indiyə qədər Azərbaycan deyirdi."Beynəlxalq ictimayyət isə bilir ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin qarantıdır, danışıqlar üzrə partnyorudur, amma münaqişə tərəfi deyil"-keçmiş nazir iddia edib.

Onun fikrincə Paşinyanın bu fikirləri "uzağa gedən nəticələr" doğura bilər.

"Habelə aydın deyil ki, baş nazir Ermənistanın danışıqlarda öz adından, Dağlıq Qarabağın öz adından çıxış etməli olduğunu deyərkən nəyi nəzərdə tuturdu. Belə çıxır ki, Ermənistan danışıqlarda Dağlıq Qarabağdan ayrı gündəliklə çıxış edir? Ən azından indiyə qədər belə deyildi"-Vigen Sərkisyan deyib.

Keçmiş müdafiə nazirinin sözlərinə görə növbəti yanlış məqam Dağlıq Qarabağın danışıqlarda tərəf kimi istifadə etməsi barədə idi. "Bu ön şərt kimi səslənir. Ola bilsin baş nazir nəzərdə tutub ki, Dağlıq Qarabağın iştirakı olmadan münaqişənin yekun həlli mümkün deyil. Lakin indiki halda aydın deyil ki, onun yanaşmasında yeni olan nədir. Bu yanaşmanı dəfələrlə Serj Sərkisyan irəli sürüb. Bundan əlavə həmin yanaşmanı həmsədrlər də dəstəkləyir", - keçmiş nazir əlavə edib.

Sərkisyan habelə Paşinyanın Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına dair dediklərini "anlaşılmaz" adlandırıb. Onun sözlərinə görə, Ermənistan həmişə deyib ki beynəlxalq tanınma nizamlama prosesinin ardınca baş verməlidir, nizamlamanın ruhuna və hərfinə uyğun olmalıdır.

"Biz həmişə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi hüququna dair bəyanatları, qətnamələri alqışlamışıq, amma özümüz heç vaxt tanınmanın təşəbbüskarı olmamışıq. Bu cür yanaşma danışıqlara mane ola bilər", - Sərkisyan qeyd edib.

Onun fikrincə baş nazirin bəyanatları onun danışıqlar prosesinin detalları barədə xəbərdar olmamasından irəli gəlir. "Məsələn, sülhməramlıların yerləşdiirlməsi məsələsinin heç vaxt gündəlikdə olmadığı haqda deyilənlər. Sülhməramlıların yerləşdirilməsi bir çox sənədlərdə əksini tapıb, o cümlədən Madrid prinsiplərində", - Sərkisyan bildirib.

VOİCEPRESS.AZ


Ранее » Ermənistanın yeni müdafiə nazirindən müharibə BƏYƏNATI« Далее Prezidentin bəyanatı İrəvanı silkələdi