Ermənistanın yeni müdafiə nazirindən müharibə BƏYƏNATI

Siyasət / YanPress / Manşet

2 475

Ermənistanın yeni müdafiə nazirindən müharibə BƏYƏNATI
Ermənistan baş nazirinin bütün tapşırıqları ən qısa zamanda dövlət proqramında öz əksini tapacaq.

VOİCEPRESS.AZ
bildirir ki, bunu Ermənistanın yeni müdafiə naziri David Tonoyan yüksək rütbəli hərbçilərlə görüşü zamanı bildirib.

Tonoyan ona göstərdiyi etimada görə baş nazir Nikol Paşinyana öz təşəkkürünü bildirib.

"Sizi əmin edirəm ki, Silahlı Qüvvələrin hazırlıq səviyyəsi müvəffəqiyyətli danışıqlar aparmaq, lazım gəldikdə isə güc yolu ilə danışmaq üçün əlverişli şərait yaradan səviyyədə olacaq", - deyə Tonoyan qeyd edib.

Qeyd edək ki, Ermənistan fövqəladə hallar naziri səlahiyyətlərini icra edən David Tonoyan müdafiə naziri postuna təyin edilib.

O, 2010-2017-ci illərdə müdafiə nazirinin birinci müavini postunu tutub. 2017-ci ilin fevralında fövqəladə hallar naziri təyin edilib.

VOİCEPRESS.AZ


Ранее » Paşinyan ilk səfərini Azərbaycana edəcək« Далее “Paşinyan Qarabağa təhdiddir...”