Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayrılıb

Siyasət / İqtisadiyyat

189

Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

VOİCEPRESS.AZ
bildirir ki, sərəncamda qeyd edilir ki, iyirmi bir min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

VOİCEPRESS.AZ


Ранее » Azərbaycan Prezidenti qış otlaqlarında meliorativ tədbirlərin h...
Flag Counter