İlham Əliyev Polşaya getdi

Siyasət / Manşet

3 478

İlham Əliyev Polşaya getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gəlib.

NATO-nun Varşavada keçiriləcək sammitində 18 prezident iştirak edəcək. Prezidentlərlə bərabər 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Təşkilatın iclası iyulun 8-9-da Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək.

Bu, Krımın ilhaqından və Rusiya - Ukrayna münaqişəsinin başlamasından sonra keçirilən ilk NATO sammitidir.
NATO-nun əvvəlki sammiti 2014-cü il sentyabrın 4-də Uelsin Nyuport şəhərində olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev həmin sammitdə iştirak edib.

2014-cü ildəki sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, təhlükəsizliyin təmininə töhfə verən silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər daxil edilmişdi.


VOİCEPRESS.AZ

Ранее » Sarkisyan Əliyevin iştirak edəcəyi sammitə gedir« Далее Ankara – Moskva yaxınlaşmasında Azərbaycanı qorxudan səbəb
Flag Counter