Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkilərinin nəticələri ilə bağlı iclası başlayıb

Siyasət / Manşet

1 098

Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkilərinin nəticələri ilə bağlı iclası başlayıb
Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki prosesi haqqında məlumat verəcək.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.

VOİCEPRESS.AZ


Ранее » Aİ ilə Azərbaycan arasında yeni saziş ilə bağlı danışıqlar...« Далее Sabah Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimi keç...