Əli Məsimli: “İdarəçilikdə mühüm dəyişikliklər gözlənilir”

Siyasət / Manşet

225

Əli Məsimli: “İdarəçilikdə mühüm dəyişikliklər gözlənilir”
Əli Məsimli: “Hazırda manatın ciddi dəyər itirməsi ehtimalı azdır”

VOİCEPRESS.AZ xəbər verir ki, Azərbaycanda sosial-iqtisadi vəziyyət, Prezident seçkilərindən sonra yeni tərkibdə formalaşacaq hökumətin qarşısında durması vacib olan məsələlər, həlini gözləyən problemlər, iqtisadi islahatların bundan sonrakı gedişi və mümkün nəticələri ilə bağlı “Bizim Yol”un həmsöhbəti Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, iqtisad elmləri namizədi Əli Məsimlidir. Əli Məsimli müxtəlif illərdə Prezident Administrasiyasında, Nazirlər Kabinetində yüksək vəzifələr tutub, Xarici İnvestisiyalar üzrə Dövlət Komitəsini sədri, İiqtisadiyyat naziri, Baş nazirin birinci müavini və bir müddət baş nazir əvəzi vəzifələrində işləyib.

– Əli bəy, prezident seçkiləri başa çatdı. İndi Nazirlər Kabineti istefaya gedəcək və yendən formalaşdırlacaq. İqtisadiyyatın məsuliyyət yükü daha çox NK üzərindədir.Bundan sonra iqtisadi proseslər necə gedəcək? Hansı dəyişikliklər, islahatlar gözləyirsiniz?


– Prezident seçkilərindən sonra Nazirlər Kabinetinin istefaya getməsi və yenidən formalaşması kontitusiya tələbidir. Buna real istefa kimi baxıb, ətrafında müxtəlif interpretasiyalar qurulsa da, əslində məntiqlə yanaşsaq, əgər fəaliyyətdə olan Prezident yenidən seçilibsə və indiyədək Nazirlər Kabinetində ciddi bir dəyişikliyin anonsları verilməyibsə, deməli, ən azı yaxın vaxtlarda Nazirlər Kabineti ətrafınada köklü dəyişikliyin olması ehtimalı azdır. Amma iqtisadi inkişaf, postneft mərhələsinə keçid, 2016-cı ilin sentyabrında keçirilmiş referendumdan sonra vitse-prezidentlər institutunun yaradılması və hazırkı situasiyanın reallıqları artıq həm də sosial sifarişə çevrilmiş ciddi dəyişikliklərin başlanmasını tələb edir. Bu baxımdan ilk növbədə dövlət idarəetmə sistemində islahatlara çox ciddi ehtiyac var. Ona görə də ötən il kadr islahatları ilə müşayiət olunan struktur islahatları davam etdiriləcək. Bu məsələ ilə bağlı atılan və atılacaq addımlar konkret proqramda nəzərdə tutulan vaxt kəsiyində həyata keçiriləcək. Ona görə də idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsi və bunun kadr islahatları ilə tamamlanması məsələsinin nə dərəcədə vüsət alacağı və konkret detalları barədə bir söz deyə bilmərik. Amma dəyişikliklər labüddür və olacaq.

– Dəyişiklikləri labüd edən amillər hansılardır?


– Vitse-prezidentlər institutunun nəzərdə tutulan sayda və tərkibdə formalaşacağı təqdirdə, onun fəaliyyəti ilə Nazirlər Kabinetinin fəaliyyətinin optimal kombinasiyasına nail olmaq zərurəti yaranacaq və bu asan məsələ deyil. Ona görə də bu məntiqlə, düşünürük ki, islahatlarda bir tərəfdən,vitse-prezident institutunun formalaşması işinin tamamlanması və fəaliyyətinin önə çıxması daha çox önəm daşıya bilər. İkinci istiqamət bəzi nazirliklərin və baş idarələrin birləşdirilməsi, hansısa bir nazirliyin tərkibindən müəyyən bir strukturun çıxarılıb başqa nazirliyə verilməsi, dövlət strukturlarının statusunun dəyişdirilməsi və publik hüquqi şəxsə çevrilmsi istiqamətlərində olacaq. Məsələn, ehtimal olunur ki, Vergilər Nazırliyi ilə Gömrük Komitəsi bir qurumda birləşdirilə bilər. İdarəetmə sahəsində koordinasiya işinin gücləndirilməsi sahəsində də addımlar atılacaq. Amma hazırkı şəraitdə bu sadalananlar zəruri olsa da, yetərli deyil.Ona görə də Azərbaycanda uzunmüddətli dayanıqlı inkişafı təmin etməkdən ötrü, hər şeydən əvvəl, idarəetmənin çevikliyinin və səmərəliliyinin artırılmasının əsas şərtlərindən və dövlət xərclərinə qənaətin əsas mənbələrindən biri kimi, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilmsinə yönəlik islahatların iqtisadi azadlıqların və şəffaflığın artırılmasına geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrinədə korrupsiyaya, inhisarçılığa, bürokratiyaya, məmur özbaşınalıqlarına son qoymağa yönəlmiş radikal islahatlarla əlaqəli şəkildə həyata keçirilməsini zəruri hesab edirik. Bu sahədə uğur qazanan bütün ölkələr məsələyə məhz bu cür kompleks yanaşmaqla yüksək nəticələr əldə edə biliblər.
Çünki struktur və kadr islhatları özündəməqsəd xarakteri daşımamalı, onun real nəticələri dövlət idarəetmə sisteminin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin, çevikliyinin artmasına, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə və əhalinin güzəranının yaxşılaşdırılmasına verilən töhfəyə yönələn meyarlarla ölçülməlidir. İqtisadi islahatlarin mühüm istiqaməti kimi yəqin ki, institusional islahatlar genişləndiriləcək. Qeyri neft sektorunun inkişadinin səmərəliyinin artırılmasının vacib şərti kimi, biznes mühitinin yaxşılaşdırılmasına diqqət artırılacaq. Bundan ötrü sahibkarlığın qarşısında duran maneələrin aradan qaldırılması, onun maliyyə təminatınn yaxşılaşdırılması sahəsəində, eləcə də son vaxtlar vergi sistemində aparılan islahatlar davam etdiriləcək. İnsan kapitalının inkişafının sürətləndirilməsi istiqamətində beynəlxalq praktikanın ən yaxşı nümunələri səviyyəsində sistemli fəaliyyətin təmin edilməsinə, bu məqsədlə elm və təhsilin insan kapitalına töhfəsinin artırılması və müəssisələrin fəaliyyətinin səmərəliliyinin və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin görülməsinə böyük ehtiyac var. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə yönəlik fəaliyyət genişləndiriləcək. Xaricdən gətirilən malların ölkəmizdə istehsalının genişləndirilməsi və qeyri-neft ixracının artırılması istiqamətində işlər davam etdiriləcək. Ərzaq təhlükəsizliyi məsələlərinə diqqət artırılacaq. Məsələn, idxal eydiyimiz mallar içərisində ən mümkün olanını – yeyinti məhsullarının istehsalını özümüzdə təşkil etməklə ildə 1 milyard dollar valyutaya qənaət etmiş olaraq və bu vəsaitdən öz istehsalçılrmız faydalanar. Dünya klassifikasiyasında ən gəlirli və birbaşa, eləcə də multiplikativ effekti baxımından daha çox iş yerinin açılmasına imkan verən turizmin inkişafı və bu sahədəki neqativlərin aradan qaldırılasına yönəlik əlavə tədbirlər görüləcək. “Asan Xidmət”in tətbiq dairəsi və coğrafiyası genişləndiriləcək.

– ASAN Xidmət konsepsiyası düşünülən nəticəni göstərəcəkmi?

– Bəli, bu, aşağı səviyyələrdə korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasında əvəzsiz rol oynayır.

– Seçki kampaniyası dövründə də hökumətə yönəlik bəzi tənqidlər və təkliflər səsləndi. Bunlar nəzərə alınacaqmı?

– Təbii ki, Prezident seçkiləri marafonu zamanı namizədlərin ölkədəki problemlərin həllinə dair səsləndirdikləri təkliflərin araşdırılması və məqbul hesab olunanlardan faydalanması da ümumi işin xeyrinə olar. İslahatları dərinləşdirməklə iqtisadi azadlıqları genişləndirmək,iqtisadi proseslərin liberallaşdırılmasını davam etdirmək, dövlət və özəl sektorun münasibətlərini sivil bazar iqtisadiyyatı prinsiplərinə uyğun təkmilləşdirmək, bankların əlçatan faizlərlə istehsalı yetərincə kreditləşdirlməsi, sahibkarlar qarşısında duran problemlərin və maneələrin aradan qaldırılması istiqamətində görülən işləri daha da genişləndirmək hesabına perspektivli yerli istehsal sahələrinin yaradılmasında və ixrac potensialının əhəmiyyətli dərəcədə artırılmasında uğurlu nəticələri daim artırmaq olar.

– Banklar demişkən, isanlar seçkidən sonra milli valyutanın dəyərdən düşəcəyindən, qiymətlərin və tariflərin artacağından narahatlıq keçirirlər. Bunun üçün əsas varmı?

– Mərkəzi Bankın sədri Elman Rüstəmov dedi ki, növbəti dəfə devalvasiya gözlənilmir. Maliyyə naziri də bunu təsdiqlədi. Bu optimist fikirlərin əsası varmı? Rusiyada gedən maliyyə prosesləri bu narahatlığı artırıb. Manat, 2015-ci ilin iki şok devalvasiyası nəticəsində 2015-2016-cı illərdə 2 dəfə ucuslaşdıqdan sonra 2017-ci ilin fevralından sabitləşməyə başlayıb və il ərzinə 4 faiz bahalaşdı. Bu ilin birinci rübündə isə milli valyutamız 1 dollar – 1,7 manat ətrafında nisbi sabitliyini saxlayıb və apreldə də eyni proses davam edir. Manat, sözün həqiqi mənasında “üzən məzənnə”yə keçmədiyindən və hazırda onun məzənnəsi real kursa uyğun olmadığından, belə şəraitdə məzənnəni dəqiq proqnozlaşdırmaq mümkünsüzdür. Manat bazar iqtisadiyyatının fundamental prinsiplərinə əsaslanan “üzən məzənnə” rejiminə tam keçəndə, yəni milli valyutanın – manatın məzənnəsi bazarda valyutaya olan real tələb-təklif əsasında formalaşanda, təbii ki, manatın məzənnəsində müəyyən qalxıb-enmələrlə müşayiət olunan dəyişikliklər olacaq. Amma hazırda manatın məzənnəsinə daha çox təsir edən amillərdən olan neftin qiyməti 70 dollar ərafındadır ki, bu da 2018-ci ilin rəsmi hökumət proqnozlarında götürülən 45 dollardan 1,6 dəfə yuxarı olmaqla, həm də ötən ilin müvafiq dövrü ilə müqayisdə 25 faiz yüksəkdir. Əsasən neftin qiymətinin artmağa başlaması hesabına ödəniş balansında və xarici ticarət balansında (idxalın azalması və qeyri-neft ixracının artması da müəyyən rol oynayır) profisiti artır. Bu amillər manata müsbət təsir göstərir. Manata mənfi təsir göstərən amillər içərisində isə əsas ticarət partnyorlarımız olan Türkiyə və Rusiyada milli valyutanın dəyərini itirməyə başlayıb.

Son vaxtlar Qərbin Rusiyaya təpkiləri daha da gücləndiyindən, bu hal onun iqtisadiyyatına,maliyyə sektorunaun durumuna, milli valyutası – rubla da təsir edir və rubl yenidən dəyər itirməyə başlayıb. Rusiya Azərbaycanın əsas ticarət partnyorlarından olduğundan, rublun dəyər itirməsi dolayısı manata da müəyyən təsir edə bilər. Amma rublun manata təzyiqi xeyli dərəcədə rublun dəyər itirməsinin dərəcəsindən, bu prosesin nə qədər müddət davam edəcəyindən və yenidən hansı nöqtədə sabitləşəcəyindən asılı olacaq. Ona görə də qeyri-adi bir şey baş verməsə, neftin qiymətinin artması və ödəniş balansında profisitin çoxalması kimi amillər xeyli dərəcədə yaxın vaxtlarda manatın zəifləməsi üçün fundamental faktları istisna edir. Deməli Rusiyada gedən proseslər və rublun dəyər itirməsinin manata təzyiqi artırsa da, hələ ki,manatın devalvasiyası üçün ciddi əsaslar yoxdur və nisbi sabitliyi saxlama ehtimalını daha böyükdür. Bununla belə Mərkəzi Bankın sədri bildirib ki: “biz məzənnənin çevikliyini artırmaq istəyirik”. Mərkəzi Bank manatın məzənnənin çevikliyini necə artıracaq və çeviklik artanda bu, son aylar formalaşmış məzənnədə, yəni 1dollar = 1,7 manat nisbətinin hansı qalxıb-enmələr intervalında özünü göstərəcəyini zaman göstərər. Qiymət artımına gəldikdə ötət il olduğu kimi, bu il də Azərbaycanda ikirəqəmli inflyasiyanın iqtisadi əsası yoxdur. Amma ötən il 13 faiz inflyasiya olub, ərzaq məhsullarınn qiyməti isə 15 faiz (əslində daha çox) artıb. Bu artımın yarıdan çoxu monopoliyaların bəd əməllərinin nəticəsidir. Monopoliya qiymətləri süni surətdə artırmaqla ötən il Azərbaycan vətəndaşlarının ailə büdcəsinə 2 milyard manatdan çox zərbə vurub. Monopoliyanın bu əməli əslində xalqa qarşı törədilən mütəşəkküil cinayətkarlığın bir növüdür. Bizim dəfələrlə Milli Məclisin tribunasından səsləndirdiyimiz kimi, aidiyyatı orqanlar isə xalqın bu üsulla soyulmasına müdrikcəsinə susmaqla həmin cinayətin iştirakçılarılarına çevrilirlər. Bu ilin birinci rübündə inflyasiya 4 faizə enib. Deməli monopoliyaya imkan verilməsə,bu il ölkədə birrəqəmi inflyasiyaya nail olmaqla əhalinin gəlirlərinin inflyasiyanın yeminə çevrilmsinin qarşısını almaq və həm də ötən ildən fərqli olaraq (ötət il qiymət artımı gəlirlərinin artımını 2 dəfə üstələdiyindən, əhalinin real gəlirləri aşağı düşüb) bu il real gəlirlərin artmsına da nail olmaq olar.

VOİCEPRESS.AZ


Ранее » Çin Xalq Respublikasının sədri Prezident İlham Əliyevi təbrik e...« Далее : "Məmurların özbaşınalığı, cılız və subyektiv yanaşma......
Flag Counter