ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda Azərbaycandakı prezident seçkiləri müzakirə olunub

Siyasət

684

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda Azərbaycandakı prezident seçkiləri müzakirə olunub
Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu ziyarət edib. ATƏT DTİHB-in Seçkilər Departamentinin rəhbəri Aleksandr Şlyuk, ATƏT DTİHB-in İnsan Haqları Departamentinin rəhbəri Omer Fişer və ATƏT DTİHB-in seçkilər üzrə məsləhətçisi və Azərbaycan üzrə kuratoru Radivoje Qrujic ilə görüşən hüquq müdafiəçisi Əhməd Şahidov 11 Aprel tarixində Azərbaycanda keçiriləcək Prezident seçkiləri barədə məlumat verib, seçki öncəsi vəziyyəti xarakterizə edib və ATƏT DTİHB-in Azərbaycanda seçkiləri müşahidə missiyasının önəmi barədə söz açıb.
VOİCEPRESS.AZ
bildirir ki, Əhməd Şahidovu ATƏT DTİHB-in mənzil qərargahında salamlamaqdan məmnunluğunu ifadə edən qurumun Seçkilər Departamentinin rəhbəri Aleksandr Şlyuk Azərbaycanda keçiriləcək Prezident seçkilərinə böyük maraq olduğunu bildirib və ATƏT DTİHB-in Müşahidə Missiyasının Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib. Seçki öncəsi durum, seçki günü səsvermə prosesi və seçki sonrası vəziyyəti tam xarakterizə edəcək hesabatlar yayımlanacağını deyən ATƏT DTİHB rəsmiləri 11 Aprel seçkilərinin azad və şəffaf keçəcəyinə ümid etdiklərini bildiriblər.

Görüşdə Polşadakı Azərbaycan diasporasının rəhbəri Cavid Zeynalov da iştirak edib.

VOİCEPRESS.AZ


Ранее » Prezident İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının nümayən...« Далее "Seçkilər yaxınlaşdıqca anti-Azərbaycan dairələrin əlində a...