“VOİCEPRESS.AZ” yenə möhtəşəm layihələri ilə böyük səs-səda doğurdu: Xaricilərdən Azərbaycana və prezidentə dəstək...

Siyasət / Manşet / Dövlətlərarası Media və Diplomatiya Mərkəzi

5 193

“VOİCEPRESS.AZ” yenə möhtəşəm layihələri ilə böyük səs-səda doğurdu: Xaricilərdən Azərbaycana və prezidentə dəstək...
VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosu ölkəmizdə keçiriləcəyi gözlənilən prezident seçkilərinə dəstək vermək, xaricdə cənab İlham Əliyevin ünvanına başladılan süni qarayaxma kampaniyasına “stop” demək məqsədi ilə geniş miqyaslı fəaliyyət proqramına start verib. Bu məqsədlə VOİCEPRESS.AZ-ın Azərbaycan - İspaniya-İtaliya və Latın Amerikası üzrə forumunun sədri, tanınmış politoloq Mahir Qurbanovun rəhbərliyi ilə xaricdə Cənab İlham Əliyevə dəstək kampaniyası çərçivəsində xarici vətəndaşlar, Azərbaycan haqqında fikirlərini, cənab İlham Əliyevin nümunəvi lider olduğunu, Azərbaycanın iqtisadi, sosial baxımdan inkişaf tempi və eyni zamanda Dağlıq Qarabağ məsələsində Azərbaycanın hüquqları ilə bağlı fikirlərini video görüntü ilə dünya ictimaiyyətinə çatdırmağa çalışıb.
“VOİCEPRESS.AZ” yenə möhtəşəm layihələri ilə böyük səs-səda doğurdu: Xaricilərdən Azərbaycana və prezidentə dəstək...
İlk olaraq çıxış edən xanım, Venesuella vətəndaşı Carimen Mejiadır. O ispan dili müəlliməsidir. Xanım Mejia, öz çıxışında ermənilərin törətdiyi Xocalı soyqrımı ilə bağlı çıxış edib. O, Venesuella xalqının Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bildirib: “Ümid edirik ki, Dağlıq Qarabağ məsələsi tezliklə demokratik müstəvidə öz həllini tapacaq. Azərbaycan öz hüquqlarını tələb edəcək. Bu yolda isə Venesuella xalqı hər zaman Azərbaycanın yanındadır”.
“VOİCEPRESS.AZ” yenə möhtəşəm layihələri ilə böyük səs-səda doğurdu: Xaricilərdən Azərbaycana və prezidentə dəstək...
İkinci çıxış edən şəxs isə Kolumbiyanın Boqota şəhərindən olan iş adamı Omar Salcedo Urizadır. O qeyd edir ki, Azərbaycanda beynəlxalq tədbirlərin birində iştirak edib: “Mən Azərbaycanda olmuşam. Azərbaycanın iqtisadi vəziyyəti çox gözəldir. Azərbaycan hərtərəfli zəngin ölkədir. Azərbaycan haırda dünyada tanınan ən möhtəşəm ölkələrdən biridir. Baxmayaraq ki, Azərbaycan kiçik bir dövlətdir, amma çox mühüm dövlətlərdən biri hesab edilir. Azərbaycan xalqı son 20 ildə ölkənin bu cür sürətlə inkişafına görə öz prezidentləri, İlham Əliyevə minnətdar olmalıdırlar. Çünki o böyük liderdir. Mən inanıram ki, Azərbaycanda gözlənilən prezident seçkilərində cənab İlham Əliyev yenidən prezident seçiləcək və o Azərbaycanın inkişafı üçün bundan sonra da, əlindən gələni əsirgəməyəcək”.

Daha sonra kolumbiyalı iş adamı öz çıxışında Dağlıq Qarabağ məsələsinə də toxunub: “Hər kəsə məlumdur ki, vaxtı ilə Kolumbiyada da kiçik münaqişələr olub. Amma hər zaman belə münaqişələr sülh yolu ilə öz həllini tapıb. Biz ümid edirik ki, Azərbaycan da, tezliklə Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll edəcək. Biz kolumbiyalılar, bu baxımdan Azərbaycanın yanındayıq və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”.

Xatırladaq ki, başladılan bu fəaliyyət proqramının ideya müəllifi, tanınmış politoloq Mahir Qurbanovdur.

Qeyd edək ki, Mahir Qurbanov bu günlərdə “VOİCEPRESS ACADEMY”-də fəaliyyətə başayacaq möhtəşəm və eksklüziv layihə hesab edilən İspan-İtalyan dilləri üzrə “Fran Rivera” beynəlxalq mərkəzinin icraçı direktoru təyin edilib.

“VOİCEPRESS.AZ” yenə möhtəşəm layihələri ilə böyük səs-səda doğurdu: Xaricilərdən Azərbaycana və prezidentə dəstək...





İlahə Bakıxanova
VOİCEPRESS.AZ

Ранее » Azərbaycanlı politoloq Puerto-Rico mətbuatında erməniləri ifşa ...« Далее VOİCEPRESS.AZ –ın növbəti uğuru: “ Puerto-Riko vətəndaşı ...
Flag Counter